SON XƏBƏRLƏR

İlham Əliyev Trampa təşəkkür etdi

2026.08.09, 15:00
İlham Əliyev Trampa təşəkkür etdi

Azərbaycan və ABŞ münasibətləri yeni səviyyəyə yüksəlir.

Gunaz.tv

Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq sənədinin imzalanması tarixi hadisə kimi qiymətləndirilib. Bildirilib ki, Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni və daha yüksək səviyyəyə yüksəlib, strateji xarakter daşıyır və bu münasibətlər geniş regionda sülh və sabitliyə töhfə verəcək.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı zamanı səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “Böyük iyirmilik” (G20) sammitinə dəvətə görə təşəkkürünü bildirib. Bu dəvət ABŞ-ın Azərbaycana müsbət münasibətinin göstəricisi kimi qiymətləndirilib.

Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar