SON XƏBƏRLƏR

İran-ABŞ gərginliyi fonunda Hörmüz boğazından keçən gəmilərin sayı 10 günlük orta göstəricidən də aşağı düşüb – Reuters

2026.08.11, 11:20
İran-ABŞ gərginliyi fonunda Hörmüz boğazından keçən gəmilərin sayı 10 günlük orta göstəricidən də aşağı düşüb – Reuters

İran-ABŞ arasında sülh sazişinə dair ümidlərin azalması fonunda bazar ertəsi Hörmüz boğazından keçən gəmi sayı altıya düşüb.

Gunaz.tv

Bu barədə Reuters Kpler məlumatlarına istinadən xəbər yayıb.

Bu, son 10 gün üzrə təxminən 11 gəmidən ibarət orta göstəricidən də aşağıdır.

Məlumata görə, Bakı vaxtı ilə 08:20-yə olan göstəricilərə əsasən, boğaza dörd yük gəmisi daxil olub. Onlardan ikisi boş neft məhsulları tankeri olub.

Hesabatda bildirilir ki, iki gəmi isə boğazdan çıxıb. Onlardan biri mayeləşdirilmiş neft qazı daşıyan kiçik tanker, digəri isə ağır yanacaq daşıyan gəmi olub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar