SON XƏBƏRLƏR

Putin bir amerikalı məhbusu Trampa qaytardı

2026.08.12, 07:31
Putin bir amerikalı məhbusu Trampa qaytardı

Gunaz.tv

Rusiya ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş hərbçisi Robert Gilmanı dörd ildən çox həbsdə saxladıqdan sonra azad edib.

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, Vladimir Putinlə apardığı danışıqlar Gilmanın azad edilməsi ilə nəticələnib.

Tramp “Truth Social” sosial şəbəkəsində bildirib ki, Moskva Gilmanın azad edilməsinə “xüsusilə humanitar səbəblərdən” razılıq verib. Onun sözlərinə görə, Rusiya bunun müqabilində hər hansı şəxsin azad edilməsini tələb etməyib və məhbus mübadiləsi aparılmayıb.

Tramp əlavə edib ki, Gilman ABŞ-a qayıdır və Vaşinqton yaxınlığındakı “Andrews” hərbi bazasında ABŞ hökumətinin nümayəndələri tərəfindən qarşılanacaq.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar