SON XƏBƏRLƏR

Husilər ticarət gəmisinə hücum zamanı üç pakistanlını öldürüblər – Pakistan XİN rəhbəri

2026.08.12, 11:07
Husilər ticarət gəmisinə hücum zamanı üç pakistanlını öldürüblər – Pakistan XİN rəhbəri

Qırmızı dənizdə ticarət gəmisinə husilərin hücumu nəticəsində üç Pakistan vətəndaşı həlak olub, daha biri yaralanıb.

Gunaz.tv

Bunu Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

Dar hücumu pisləyərək bildirib ki, bu hücum mülki insanların həyatını təhlükə altına atıb, həmçinin dəniz təhlükəsizliyinə və gəmiçilik azadlığına təhdid yaradıb.

O bildirib ki, Pakistan əlavə məlumatları müəyyənləşdirmək və həlak olanların cəsədlərinin ölkəyə gətirilməsini təmin etmək üçün Səudiyyə Ərəbistanı rəsmiləri və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti ilə koordinasiya aparır.

Pakistanın Ər-Riyaddakı səfirliyi də yaralanan vətəndaşa yardım göstərilməsi istiqamətində fəaliyyət göstərir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar