SON XƏBƏRLƏR

YUNESKO: Taliban 2,4 milyon əfqan qızı təhsildən məhrum edib

2026.08.12, 13:11
YUNESKO: Taliban 2,4 milyon əfqan qızı təhsildən məhrum edib

Gunaz.tv

YUNESKO bildirib ki, Taliban 2021-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təxminən 2,4 milyon əfqan qız orta təhsildən məhrum edilib.

Əfqanıstan hazırda dünyada qız və qadınların orta və ali təhsildən rəsmi şəkildə məhrum edildiyi yeganə ölkədir.

YUNESKO xəbərdarlıq edib ki, bu vəziyyət davam edərsə, 40 il sonra; 2066-cı ilə qədər təxminən 600 min qadın əmək bazarından kənarda qala və Əfqanıstan iqtisadiyyatı 9,6 milyard dollara yaxın itki ilə üzləşə bilər. Bu məhdudiyyətlər həmçinin qızların erkən nikaha cəlb olunması riskini artırır.

YUNESKO-nun məlumatına görə, qadın müəllimlərin çatışmazlığı da təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Əfqanıstanda 10 yaşlı uşaqların 90 faizindən çoxu sadə mətni belə oxuya bilmir. Ölkədəki məktəblərin təxminən yarısında isə su və sanitar qovşaqlar kimi əsas imkanlar yoxdur.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar