SON XƏBƏRLƏR

İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri

2026.08.13, 11:50
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri

İran Hörmüz boğazına nəzarət edir və ABŞ-ın burada Tehranın nəzarətinə meydan oxumaq cəhdlərini dəf edib.

Gunaz.tv

Bunu Bəsic yarımhərbi qüvvələrinin yeni rəhbəri Hüseyn Taib bildirib.

Fars xəbər agentliyinin məlumatına görə, Taib Qum şəhərinə səfəri zamanı deyib: “Bu gün görə bilərsiniz ki, Hörmüz boğazı İslam Respublikasının idarəçiliyi və nəzarəti altındadır.”

İranın Ali Lideri Müctəba Xamenei bazar ertəsi Taib Bəsic qüvvələrinin rəhbəri təyin edib.

Taib daha əvvəl 2009-cu ildə İranda mübahisəli prezident seçkilərindən sonra baş verən etirazlar zamanı Bəsic qüvvələrinə rəhbərlik edib. Həmin dövrdə Bəsic etirazların yatırılmasında əsas rol oynayıb. Daha sonra Taeb on ildən artıq müddətdə İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatına rəhbərlik edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar