SON XƏBƏRLƏR

SEPAH-ın Qüds Qüvvələrinin komandanı İraq qruplaşmalarını silahlarını saxlamağa çağırıb – Al Hadath

2026.08.13, 14:14
SEPAH-ın Qüds Qüvvələrinin komandanı İraq qruplaşmalarını silahlarını saxlamağa çağırıb – Al Hadath

SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İrana bağlı İraq silahlı qruplaşmalarını silahlarını saxlamağa çağırıb.

Gunaz.tv

 “Al Hadath” bu barədə anonim mənbələrə istinadən xəbər verib.

Məlumata görə, Qaani silahlarını təhvil verməyə razılaşan qruplaşmaları tənqid edib və artıq İraq hökumətinə təhvil verilmiş silahların İrana məxsus olduğunu bildirib.

Onun İraq liderlərinə bu qruplaşmalardan Vaşinqtona qarşı təzyiq vasitəsi kimi istifadə etməyi tövsiyə etdiyi və İraq hökumətinin İrana bağlı silahlı qruplaşmalarla qarşıdurmada məğlub olacağını söylədiyi bildirilir.

“Al Hadath”ın məlumatına görə, İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani qruplaşmalar silahlarını təhvil verməkdən imtina edəcəyi təqdirdə təhlükəsizlik qüvvələrinə hərəkətə keçməyə hazırlaşmaq barədə göstəriş verib.

Məlumata görə, Qaani Bağdada səfərini başa vurub. Səfər zamanı o, Bağdadda İraqın Xalq Səfərbərlik Qüvvələrinin, silahlı qruplaşmaların və Koordinasiya Çərçivəsinin liderləri ilə görüşüb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar