SON XƏBƏRLƏR

SEPAH: Hörmüz boğazı İranın nəzarətindədir

2026.08.13, 20:32
SEPAH: Hörmüz boğazı İranın nəzarətindədir

SEPAH Trampın Hörmüz boğazına nəzarətlə bağlı iddiasını rədd edib.

Gunaz.tv

GünAz TV xəbər verir; SEPAH-ın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari bu gün, cümə axşamı, video müraciətində ABŞ-ın gəmilərin Hörmüz boğazından normal keçidi ilə bağlı açıqlamalarını rədd edib və bu su yolunun hələ də “İranın tam idarəçiliyi və nəzarəti altında” olduğunu bildirib.

Zülfüqari iddia edib ki, heç bir ticarət gəmisi və ya neft tankeri İran silahlı qüvvələrinin icazəsi və nəzarəti olmadan Hörmüz boğazından təhlükəsiz şəkildə keçə bilməz və keçməyəcək. O, həmçinin ABŞ-ın təhdidlərini “əsassız” adlandırıb və İranın istənilən təhdidə cavab verəcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü “Truth Social” sosial şəbəkəsində ABŞ-ın Hörmüz boğazı üzərində “tam nəzarətə” malik olduğunu açıqlamış və ABŞ-ın dəniz mühasirəsini “polad divar” adlandırmışdı.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar