SON XƏBƏRLƏR

İraq səmsında İran PUA-ları vuruldu

2026.08.14, 15:26
İraq səmsında İran PUA-ları vuruldu

Koalisiyanın hava hücumundan müdafiə qüvvələri Ərbil üzərində üç dron vurub.

Gunaz.tv

Bu haqda İraq mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün səhər tezdən Ərbil üzərində ən azı üç dron vurulub; ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə sistemləri dronları zərərsizləşdirdiyinə görə hücum heç bir ziyana səbəb olmayıb.

Qeyd edək ki, 28 fevraldan bəri İran İraq Kürdüstan bölgəsinə ardıcıl hücumlarda 965-dən çox raket və drondan istifadə edib.

Bu hücumlar 32 nəfərin ölümünə və 154 nəfərin yaralanmasına səbəb olub, Ərbil isə dəfələrlə oxşar hava atəşinin hədəfi olub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar