SON XƏBƏRLƏR

İranın neft borcu 127 milyard dolları keçib

2026.08.14, 17:22
İranın neft borcu 127 milyard dolları keçib

İran hökuməti və neft şirkətinin borcu 127 milyard dollara çatıb.

Gunaz.tv

GünAz TV xəbər verir; İran Milli İnkişaf Fondunun investisiya üzrə müavini cümə günü bildirib ki, hökumətin və İran Milli Neft Şirkətinin bu fonda borcu 127 milyard dollara çatıb.

Rza Məhəmmədi Tasnim xəbər agentliyinə müsahibəsində həmçinin bildirib ki, Milli İnkişaf Fondunun tələblərinin ödənilməsi üçün neft yataqlarına investisiya yatırılması planı hələ də həyata keçirilməyib.

O deyib ki, bu plan İbrahim Rəisinin hökuməti dövründə “anlaşma memorandumu” çərçivəsində razılaşdırılıb, lakin indiyədək yekunlaşdırılaraq icra olunmayıb.

Məhəmmədi borcun həcmi barədə deyib: “Bu gün hökumətdən 110 milyard dollardan, İran Milli Neft Şirkətindən isə 17 milyard dollardan çox alacağımız var.” O, bu borcların ödənilməsi üçün “neft sahəsində mövcud imkanlardan” istifadə edilməsini istəyib.

Bu açıqlamalar Milli İnkişaf Fondunun rəhbərinin iki həftə əvvəl verdiyi açıqlamadan sonra səslənib. O bildirmişdi ki, İran Milli Neft Şirkəti fonda olan təxminən 17 milyard dollarlıq borcunu Azadeqan neft yatağının gəlirləri hesabına ödəyə bilməyəcək. Buna səbəb yatağın inkişafının bürokratik gecikmələr və inzibati maneələr səbəbindən ləngiməsidir.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar