SON XƏBƏRLƏR

Müharibə silahlarının hissələri Türkiyə sahillərinə çıxıb (Video)

2026.08.14, 21:36
Müharibə silahlarının hissələri Türkiyə sahillərinə çıxıb (Video)

Sinop sahilində raketə bənzər hərbi hissə tapılıb.

Gunaz.tv

GünAz TV xəbər verir; Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda hərbi silah və pilotsuz uçuş aparatlarının hissələri Qara dənizin sahillərində tapılmaqda davam edir.

Cümə günü bir kişi Türkiyənin Sinop şəhərinin şimal sahilində üzərkən suda raket və ya mərmiyə bənzəyən şübhəli bir cisim aşkar edib və onu sahilə çıxarıb.

Yerli rəsmilər bildiriblər ki, obyektin mahiyyəti ətraflı araşdırmadan sonra müəyyən ediləcək. Bununla belə, xəbər mənbələri görüntüləri araşdıraraq onun Rusiyanın “yer-hava” raket sisteminə aid bir hissə olduğunu bildiriblər.

Bir gün əvvəl də Ayancıq şəhərinin sahilində oxşar hərbi sursat hissəsi tapılmışdı. Son günlər Qara dəniz sahillərində müxtəlif ərazilərdə pilotsuz uçuş aparatlarının, pilotsuz qayıqların və raketlərin hissələri də aşkarlanıb.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar