SON XƏBƏRLƏR

Əhvaz imam-cüməsi: “Bizim nüvə enerjimiz heç bir ölkəyə dəxli yoxdur”

2026.08.14, 22:45
Əhvaz imam-cüməsi: “Bizim nüvə enerjimiz heç bir ölkəyə dəxli yoxdur”

Əhvaz imam-cüməsi düşmənin təslim olmaq həddinə yaxınlaşdığını iddia edib.

Gunaz.tv

GünAz TV xəbər verir; Əhvaz imam-cüməsi Məhəmmədsəbi Musəvi-Fərd cümə namazı xütbəsində deyib: “Düşmən dəfələrlə nüvə enerjimizi məhv etdiyini iddia edib, bəs indi nə istəyir? Nüvə enerjisi heç bir güc və ölkəyə dəxli yoxdur, bu, daxili məsələdir və kim bunun əksini düşünürsə, gəlib döyüşsün.”

Musəvi-Fərd həmçinin iddia edib: “Düşmən təslim olmaq həddinə yaxınlaşıb” və bunun əlamətlərinin silahlı qüvvələrin İordaniyadakı ABŞ investisiyalarına qabaqlayıcı hücumlarında, ABŞ-ın bölgədəki bazalarını boşaltmasında və Bab əl-Məndəb boğazında böhran yaratmasında göründüyünü bildirib.

O, daha sonra deyib: “Əgər infrastruktura qarşı müharibə aparılarsa, düşmən İrandan daha sürətlə yandırılmış torpaqlar və daş dövrü istiqamətində gedəcək.”

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar