SON XƏBƏRLƏR

Ərdəbildə üç məhbus edam edildi

2026.08.15, 10:19
Ərdəbildə üç məhbus edam edildi

Ərdəbil şəhərinin həbsxanasında üç məhbusun edam hökmü həyata keçirilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, 22 yaşlı Mehrdad Sahibi, 26 yaşlı Nadir Şeyxlu və kimliyi açıqlanmayan 35 yaşlı başqa bir məhbus adam öldürməkdə günahlandırıldıqlarına görə cəzalandırılıblar.

Qeyd edək ki, insan haqları təşkilatlarının hesabatlarına görə, cari ildə İranda 900-dən çox məhbus edam edilib, onlardan 400-dən çoxunun kimliyi isə dəqiqləşdirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar