SON XƏBƏRLƏR

İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir

2026.08.15, 12:29
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir

İran sənayesi üçün sərt qış barədə xəbərdarlıq edilib və bildirilib ki, qaz balansızlığı daha böyük bir böhrana doğru gedir.

Gunaz.tv

Bu haqda İranın "Dünyaye Eqtesad" nəşri məlumat yayıb.

Məlumata görə, qaz balansızlığının artması İranın enerji tələb edən sənayesini geniş yayılmış yanacaq məhdudiyyətləri, istehsalın azalması və qış ərəfəsində ixracın azalması riski ilə üz-üzə qoyub.

"İstehlakın artması, qaz yataqlarına investisiya qoyuluşlarının azalması, infrastrukturunköhnəlməsi və saxlama tutumunun aşağı olması kimi amillər təklif və tələb arasındakı fərqi daha da artıran amillərdir",- məlumatda bildirilib.

Dərc olunmuş məlumatlar həmçinin İranın qaz balansının 2041-ci ilə kimi mənfi qalacağını göstərir.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, soyuq mövsümdə istehlakın artması ilə sənayedə qaz məhdudiyyətləri istehsalın, ixracın və investisiyaların azalmasına səbəb ola bilər. Elektrik stansiyalarına çatdırılan qazın azalması həmçinin elektrik enerjisi çatışmazlığının artması və sənaye sahələrində əlavə məhdudiyyətlər tətbiq edilməsi riskini artırır.

Uzunmüddətli hesablamalar göstərir ki, mövcud tendensiya davam edərsə, yaxın illərdə gündəlik qaz kəsiri yüz milyonlarla kubmetrə çata bilər; 

"Geniş investisiya qoyuluşu, istehsalın artması və istehlak islahatları olmadan baş verəcək böhran İranın sənaye sektoruna daha çox təzyiq göstərəcək".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar