SON XƏBƏRLƏR

Qeşm adası neft çirklənməsinə məruz qaldı

2026.08.15, 13:57
Qeşm adası neft çirklənməsinə məruz qaldı

Gunaz.TV xəbər verir ki, Qeşm adasında neft çirklənməsinin dəqiq mənbəyi hələ də məlum deyil.

Gunaz.tv

İran Milli Neft Şirkətinin baş direktoru Həmid Bord bu çirklənmənin Qeşmdəki neft obyektləri ilə əlaqəsini rədd edib. O bildirib ki, adadakı neft obyektləri “çox məhduddur” və təmir işləri səbəbindən hazırda fəaliyyət göstərmir.

Bord deyib: “Neft çirklənməsi olduğu təqdirdə”, onun mənbəyi neft tankerlərinin və digər gəmilərin hərəkət marşrutlarında araşdırılmalıdır. Onun sözlərinə görə, neftin hasilatı, daşınması və yüklənməsi əməliyyatları zamanı heç bir çirklənmə qeydə alınmayıb.

Bu açıqlama Hürmüzqan Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Həbib Məsihi-Taziyaninin daha əvvəl Qeşm sahillərinin təxminən 32 min kvadratmetrinin və dəniz ərazisinin təxminən 90 min kvadratmetrinin neftlə çirkləndiyini bildirməsindən sonra verilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də ilkin sübutların çirklənmənin mənbəyinin “xarici bir yük gəmisi” olduğunu göstərdiyini bildirib. Lakin çirklənmənin dəqiq mənbəyi ilə bağlı hələ rəsmi yekun hesabat açıqlanmayıb.

“Etemad” qəzetinin məlumatına görə, çirklənmə bazar ertəsindən etibarən Qeşmin sahil sularına çatıb və mangrov meşələrinin bəzi hissələrinə də yayılıb. Təmizləmə işləri üç gün davam edib.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar