SON XƏBƏRLƏR

Bağdad Tehrandan rəsmi izahat istədi

2026.08.18, 09:06
Bağdad Tehrandan rəsmi izahat istədi

İraq İrandan Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat istəyib.

Gunaz.tv

Bu barədə İraq Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Bəyan edilib ki, İraq xarici işlər naziri Fuad Hüseynlə iranlı həmkarı Abbas Araqçı arasında telefon danışığı olub. Hüseyn iranlı həmkarı ilə İraq Kürdüstan Regionunun Baş nazirinin ofisinə hücumu müzakirə edib. O, bunu "gərginliyi artıra və regionda sabitliyi təhlükə altına ala biləcək təhlükəli presedent" adlandırıb.

İraqlı nazir həmkarından hücumla bağlı rəsmi izahat istəyib.

Araqçı isə hücumun İran ərazisindən həyata keçirildiyini göstərən hər hansı məlumatı olmadığını söyləyib.

Qeyd edək ki, ötən gün İran istehsalı iki “Hadid-110” dronu İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzaninin şəxsi ofisini hədəf alıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar