SON XƏBƏRLƏR

ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır

2026.08.20, 09:19
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır

ABŞ administrasiyası İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə və təcridə başlayır.

Gunaz.tv

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında bildirib.

"Heç kim İran İslam Respublikasına mənim qədər razılığa gəlmək üçün daha çox fürsət verməyib. Təəssüf ki, onlar bundan yararlana bilmədilər. Buna görə də bu gün mən indiyə qədər heç bir ölkəyə qarşı aparılmayan ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm! Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq", - Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ lideri daha əvvəl də İrana qarşı yeni və daha sərt sanksiyalar tətbiq oluna biləcəyini açıqlamışdı.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar