SON XƏBƏRLƏR

Neft ixrac edə bilmirik- Hemməti

2026.08.20, 11:00
Neft ixrac edə bilmirik- Hemməti

İran hazırda neft ixrac etmir və bu, reallıqdır.

Gunaz.tv

Bunu İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti dövlət televizyasına verdiyi müsahibədə deyib.

Mərkəzi Bankın sədri İranın maliyyə ehtiyatlarına çıxış baxımından Qətər və İraq kimi ölkələrdən fərqli olduğunu qeyd edib:

“Onların ehtiyatlarına çıxışı var, amma amerikalılar ehtiyatlarımızı bloklayıblar və onları çıxarmağımıza icazə vermirlər”.

Hemməti əvvəllər Tehran və Vaşinqton arasında anlaşma memorandumu çərçivəsində İranın dondurulmuş vəsaitlərinin heç bir hissəsinin buraxılmadığını açıqlamış və memorandumun “hər hansı bir səbəbdən yararsız hala düşdüyünü” söyləmişdi.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar