SON XƏBƏRLƏR

Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər

2026.08.20, 11:59
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər

Rusiya dövlət nüvə şirkəti Rosatom ilə əməkdaşlığın genişləndirilməsi İranın yalnız nüvə texnologiyası almaqla kifayətlənməyərək, özünün nüvə elektrik stansiyalarını tikməsinə imkan verə bilər.

Gunaz.tv

Bunu İran-Rusiya Birgə Ticarət Palatasının idarə heyətinin üzvü bildirib.

“Rosatom ilə əməkdaşlığın genişləndirilməsi İranı texnologiya alıcısından nüvə elektrik stansiyaları inşa edən ölkəyə çevirə bilər”, — Rza Rəfiei deyib.

O, həmçinin bildirib ki, Rusiya podratçıları İranın Buşehr Atom Elektrik Stansiyasının ikinci və üçüncü blokları üzrə işləri yenidən bərpa ediblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar