SON XƏBƏRLƏR

Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına

2026.08.20, 22:32
Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına

Gunaz.tv

ABŞ Maliyyə Nazirliyi cümə axşamı 6 Türkiyə vətəndaşını Hizbullahla, daha 3 Türkiyə vətəndaşını isə SEPAH-ın Qüds Qüvvələri ilə əlaqələrinə görə sanksiya siyahısına salıb.

Siyahıya əsasən, Məhəmməd Acur, Məhəmməd Akyüz, Vasif Akyüz, Emrah Ayaz, Feyyaz QaraSaleh və Gülay Kaya Savcı Hizbullahla əlaqələrinə görə sanksiyaya məruz qalıblar.

Öndər Dədə, Xəlil İbrahim Kaçmaz və Yunus Alper Yılmaz isə SEPAH-ın Qüds Qüvvələri ilə əlaqələrinə görə ABŞ-ın sanksiya siyahısına daxil ediliblər.

Bununla yanaşı, İran vətəndaşı Məsud Musəffər də Hizbullahla əlaqəsinə görə sanksiya siyahısına salınıb.

ABŞ Maliyyə Nazirliyi həmçinin Hizbullahla bağlı sanksiya məlumatlarını yeniləyib və bu qrupla SEPAH-ın Qüds Qüvvələri arasındakı əlaqəni sanksiya siyahısında qeyd edib.


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar