SON XƏBƏRLƏR

Ərdəbil həbsxanasında saxlanılan milli fəalların son vəziyyəti   

2026.08.24, 09:03
Ərdəbil həbsxanasında saxlanılan milli fəalların son vəziyyəti   

Milli fəallar Əli Vasiqi, Əsgər Əkbərzadə və Siyamək Mirzayi 58 gündür Ərdəbil həbsxanasında qeyri müəyyən şərayitdə tibbi, hüquqi xidmətdən məhrum vəziyyətdə saxlanılırlar.

Gunaz.tv

Bu haqda insan haqları təşkilatları adı çəkilən məhbusların ailələrinə itinadən məlumat yayıblar.

Onların sözlərinə görə, S.Mirzayi Ərdəbl həbsxanasının 7-ci palatasında, Əli Vasiqi və Əsgər Əkbərzadə isə narkotik cinayətlərində ittiham olunan məhbusların saxlanıldığı 16-cı palatada saxlanılırlar.

İnsan haqları təşkilatlarının məlumatına görə, Siyamək Mirzayi və Əsgər Əkbərzadə, diz meniskusu və 3-cü dərəcəli yağlı qaraciyər xəstəliklərindən əziyyət çəkmələrinə baxmayaraq, lazımi tibbi yardım və dərmanların əldə edilməsindən məhrum ediliblər.

Bildirilib ki, məhbusların həbsindən 1 ay keçdikdən sonra onların girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmaları haqqında qanun pozulub və fəalların qeyri-müəyyən vəziyyətdə saxlanılmaları Kəşfiyyat Nazirliyinin tapışırığıdır.

Müstəntiq bundan əvvəl isə ailələrə bir aylıq həbs müddəti bitdikdən və girov qoyulduqdan sonra məhbusların müvəqqəti azadlığa buraxılma ehtimalının təmin ediləcəyini bildirmişdi.

Qeyd edək ki, iyunun 28-də Siyamək Mirzayi Xiyavda (Meşgin), Əsgər Əkbərzadə və Əli Vaseqi isə Ərdəbildə həbs edilib.

Hər üç fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə saxlanılıblar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar