SON XƏBƏRLƏR

Oman xarici işlər nazirinin Tehrana səfəri planlaşdırılır

2026.08.24, 11:10
Oman xarici işlər nazirinin Tehrana səfəri planlaşdırılır

Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr Əl-Busəidi Tehrana səfər edəcək.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə bildirib.

Bəqainin sözlərinə görə, Bədr Əl-Busəidinin səfəri sabaha planlaşdırılıb. Səfər çərçivəsində Oman xarici işlər nazirinin iranlı həmkarı Abbas Əraqçi ilə görüşərək, ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparacağı gözlənilir.

Bəqai bildirib ki, səfər İran-Oman ikitərəfli əməkdaşlığının gücləndirilməsi, eləcə də Hörmüz boğazı üzrə siyasi məsləhətləşmələrin davam etdirilməsi və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar