SON XƏBƏRLƏR

Qonşuları hədələmək ciddi nəticələrə səbəb ola bilər - Haşemitəba

2026.08.24, 13:00
Qonşuları hədələmək ciddi nəticələrə səbəb ola bilər - Haşemitəba

Bəzi insanlar milli maraqlar baxımından müdafiəsi mümkün olmayan təkliflər irəli sürürlər.

Gunaz.tv

Bunu İranın keçmiş vitse-prezident Mustafa Haşemitaba deyib.

“Məsələn, deyirlər ki, biz ABŞ ətrafında tədbirlər görməliyik və ya qonşu ölkələrin neft obyektlərini hədəf almalıyıq. Qonşu ölkələr və digər tərəflər çuğundur yarpaqları deyil və təbii ki, bu cür hərəkətlər ölkə üçün ciddi nəticələrə səbəb ola bilər”, - deyə o bildirib.

Məsud Pezeşkian komandasına yaxın olan və seçkilərdə indiki prezidenti dəstəkləyən islahatçı siyasətçi radikal təhdid bəyanatlarının fəsadları barədə xəbərdarlıq edib:
 
“Əgər bu insanların məqsədi ölkəni məhv etməkdirsə, bu, başqa məsələ, ancaq əgər onların həqiqətən belə bir məqsədi yoxdursa, bilməlidirlər ki, bu cür bəyanatlar ölkənin maraqlarına ziddir".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar