SON XƏBƏRLƏR

ABŞ-ın Məxfi Xidməti Barron Trampa qarşı təhdid məsələsinə qarışdı

2026.08.25, 20:32
ABŞ-ın Məxfi Xidməti Barron Trampa qarşı təhdid məsələsinə qarışdı

ABŞ-ın Məxfi Xidməti Trampın oğluna qarşı təhdid videosunu araşdırır.

Gunaz.tv

ABŞ-ın Məxfi Xidməti İranın dövlət mediası tərəfindən yayımlanan və ABŞ prezidenti Donald Trampın kiçik oğlu Barron Trampın həyatına təhdid kimi qiymətləndirilə biləcək videodan xəbərdar olduğunu açıqlayıb.

GünAz TV-nin məlumatına görə; ABŞ Məxfi Xidmətinin sözçüsü Neyt Herrinq açıqlamasında deyib: “ABŞ Məxfi Xidməti bu videodan xəbərdardır və onun mühafizəsi altında olan şəxslər üçün təhdid hesab edilə biləcək hər şeyi araşdırır.”

Herrinq əlavə edib: “Əməliyyat maraqlarına görə, mühafizə ilə bağlı məlumatları müzakirə etmirik.”

Əli Xameneinin ABŞ-ın hücumu nəticəsində öldürülməsindən sonra İran mediası bir neçə dəfə Donald Tramp və onun ailə üzvlərinə qarşı təhdid xarakterli materiallar yayıb.

 

GünAz TV
R.G

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar