SON XƏBƏRLƏR

“New York Post”: İranda iflas etmiş Molla rejiminə son zərbə

2026.08.25, 21:34
“New York Post”: İranda iflas etmiş Molla rejiminə son zərbə

Tramp BƏƏ-nin İranla ticarət əlaqələrini dayandırmasını alqışlayıb.

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı “New York Post” qəzetinin “İranda iflas etmiş Molla rejiminə son zərbə” başlıqlı üz qabığını Truth Social sosial şəbəkəsində paylaşıb.

GünAz TV-nin məlumatına görə; qəzetin reportajında Birləşmiş Ərəb Əmirliklərinin İranla ticarət əlaqələrini tam dayandırmaq qərarından bəhs edilir və bu addım İran hökumətinə qarşı ən ağır iqtisadi təzyiqlərdən biri kimi qiymətləndirilir.

Məlumata görə, Əbu-Dabi bir sıra ərazilərin boşaldılmasına səbəb olan ardıcıl raket hücumlarından sonra Tehranla 21 milyard 300 milyon dollarlıq ticarət əlaqələrini dayandırıb.

Dubay ötən illər ərzində İrana istehlak malları və sənaye avadanlıqlarının idxalı üçün əsas marşrutlardan biri, həmçinin bu ölkənin dünya iqtisadiyyatına çıxışının mühüm kanallarından biri olub. “New York Post”un məlumatına görə, BƏƏ ilə ticarət hər gün İran iqtisadiyyatına on milyonlarla dollar likvidlik gətirirdi və bu əlaqələrin dayandırılması Tehranın təxminən 6 milyard dollar likvidlik və dollar valyuta ehtiyatlarına çıxışını məhdudlaşdırıb.

ABŞ-ın istefada olan generalı Mark Kimmitt “New York Post”a bildirib ki, BƏƏ İranın mazut ixracının təxminən 70 faizinin əsas istiqaməti olub və ölkənin əsas benzin və dizel yanacağı təchizatçılarından biri sayılırdı.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar