“Regional vasitəçilərin Tehrana tələsik səfərləri Ağ Evin müharibənin yaratdığı bataqlıqdan çıxmağa yönəlmiş aldatma əməliyyatının yeni mərhələsidir”, – deyə qəzet iddia edib.
Nəşr Müniri ABŞ-ın proksisi kimi təqdim edib və onun ABŞ Prezidenti Donald Trampla telefon danışığından bir neçə gün sonra Tehrana səfərinin balanslaşdırılmış diplomatik missiyadan daha çox Vaşinqtonun tapşırığı olduğunu bildirib.
İran parlamentinin deputatı Abbas Gülru da daha əvvəl bildirib ki, Münir Tehrana səfəri zamanı İrana danışıqlara qayıtmaqla bağlı ABŞ-ın mesajını çatdırıb.
Qəzet həmçinin İran daxilindəki islahatçıları yenidən danışıqlara zəmin hazırlamaqda ittiham edib.
“Kayhan” ABŞ-ın hər hansı yeni addımına və ya iqtisadi müharibənin davam etdirilməsinə qarşı “qətiyyətli və peşmanlıq doğuracaq” cavab verilməsinə çağırıb.
C