SON XƏBƏRLƏR

Hindistanın tankeri Hörmüz boğazında saxlanılıb

2026.08.26, 17:32
Hindistanın tankeri Hörmüz boğazında saxlanılıb

Gunaz.tv

Hindistanın bir neft tankerinin Hörmüz boğazından keçərkən saxlanıldığı barədə məlumat yayılıb.

GünAz TV-nin məlumatına görə; SEPAH-a bağlı “Fars” xəbər agentliyi çərşənbə günü Hindistanın bir neft tankerinin Hörmüz boğazından keçərkən İran qüvvələri tərəfindən saxlanıldığını bildirib.

Hindistanın HAANA adlı neft tankeri Hörmüz boğazının “Oman dəhlizi” adlanan cənub marşrutu ilə keçməyə cəhd edib. Lakin tanker xəbərdarlıq aldıqdan sonra marşrutunu dəyişərək keçiddən imtina edib.

Hazırda tankerin yükü, ekipajın vəziyyəti və ona kimin tərəfindən xəbərdarlıq edildiyi barədə əlavə məlumat açıqlanmayıb. Tankerin İran qüvvələri tərəfindən saxlanılması barədə “Fars”ın iddiası da müstəqil şəkildə təsdiqlənməyib.

Bu məlumat Hörmüz boğazından gəmi hərəkətinin davam etdiyi və ABŞ-ın boğazda gəmiçilik hərəkətinə nəzarəti artırdığı bir vaxtda yayılıb.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar