SON XƏBƏRLƏR

Zelenskidən İlon Maska xüsusi sürpriz

2026.08.26, 20:37
Zelenskidən İlon Maska xüsusi sürpriz

Zelenski İlon Maska Ukraynanın ən yüksək fəxri nişanını təqdim edib.

Gunaz.tv

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Maska ölkənin “Azadlıq” ordenini verib.

GunAz TV-nin məlumatına görə, ordenin təqdim edilməsi barədə fərman çərşənbə günü Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub. “Azadlıq” ordeni Ukraynanın xarici vətəndaşlara verdiyi ən yüksək dövlət təltifidir.

Fərmanda ordenin Maskın insanların həyatının qorunmasına, azadlığın müdafiəsinə və Ukrayna ilə ABŞ xalqları arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə təqdim edildiyi bildirilib.

Bu addım Kiyevin Maskın sahibi olduğu “Starlink” peyk internet sistemindən Ukraynanın Rusiya ərazisində pilotsuz uçuş aparatları əməliyyatlarında istifadəsinə icazə almağa çalışdığı bir vaxtda atılıb.

 

GunAz TV
R.G.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar