SON XƏBƏRLƏR

İran BAEA-nin zədələnmiş nüvə obyektlərinə girişinə icazə vermir

2026.08.27, 14:00
İran BAEA-nin zədələnmiş nüvə obyektlərinə girişinə icazə vermir

İran Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami bildirib ki, hərbi hücuma məruz qalmış nüvə obyektlərinin yoxlanılması üçün xüsusi qaydalar və prosedurlar hazırlanıb təsdiqlənənədək Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) həmin obyektlərə inspeksiya tələb edə bilməz.

Gunaz.tv

İslami avqustun 26-da çərşənbə günü IRNA-ya açıqlamasında İranla BAEA arasında son təmaslara və Külüng Dağı kimi obyektlərdə elan edilməmiş fəaliyyətlərlə bağlı iddialara münasibət bildirərək deyib: “Hərbi hücuma məruz qalmış obyektlərin yoxlanılması ilə bağlı qaydalar və prosedurlar hazırlanıb təsdiqlənənədək və müvafiq qaydada bildirilməyənədək Agentlik inspeksiya aparmaq hüququna malik olduğunu iddia edə bilməz.”

İran Atom Enerjisi Təşkilatının rəhbəri bildirib ki, İran İslam Respublikası hələ də özünü “müharibə vəziyyətində” hesab edir. O əlavə edib ki, hədəfə alınmış nüvə obyektlərindəki təhlükəsizlik şəraiti müharibə vəziyyətinin başa çatdığını düşünməyə imkan vermir.

BAEA-nin baş direktoru Rafael Qrossi daha əvvəl bildirmişdi ki, ABŞ və İsrailin nüvə obyektlərinə zərbələrindən sonra İranın zənginləşdirilmiş uran ehtiyatları həmin ərazilərdə qalıb. İran hələ də bu ehtiyatların vəziyyəti barədə MAQATE-yə hesabat təqdim etməyib.

BAEA-nin ABŞ və İsrailin 12 günlük müharibə zamanı həyata keçirdiyi zərbələrdən əvvəlki hesablamalarına görə, İranın təxminən 408 kiloqram 60 faiz zənginləşdirilmiş uranı var idi. Bu miqdar daha da zənginləşdirilərsə, təxminən 6 nüvə silahı istehsal etmək üçün kifayət edə bilər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar