SON XƏBƏRLƏR

Üç hərbçi altı aydan sonra İrana qayıtdı

2026.08.29, 17:38
Üç hərbçi altı aydan sonra İrana qayıtdı

Gunaz.tv

İran mediası şənbə günü İran ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus “Lavan” gəmisinin üç əməkdaşının təxminən altı aydan sonra İrana qayıtdığını bildirib. Lakin onların bu müddət ərzində harada və hansı şəraitdə saxlanıldığı barədə məlumat verilməyib.

İran mediasının “Lavan gəmisinin üç gənc hərbçisi” adlandırdığı bu üç hərbçi şənbə günü Fars əyalətinin Darab şəhərinə qayıdıb.

“Lavan” gəmisi martın əvvəlində, ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı və “Dena” gəmisinin Şri-Lanka yaxınlığında batmasından sonra Hindistanın Koçi limanına yan almışdı.

“Reuters” xəbər agentliyi martın 7-də bildirmişdi ki, gəmi Tehranın təcili müraciətindən və texniki problemlərin yaranmasından sonra Hindistan hökumətinin razılığı ilə Koçi limanına daxil olub. Hindistanın xarici işlər nazirinin sözlərinə görə, bu icazə humanitar mülahizələrlə verilib.

“Reuters” həmçinin Hindistan hökumətindəki mənbəyə istinadən bildirmişdi ki, “Lavan” gəmisinin 183 heyət üzvü Hindistan Hərbi Dəniz Qüvvələrinin obyektlərində yerləşdirilib. Hazırda İrana qayıdan üç hərbçinin digər heyət üzvlərindən nə vaxt və hansı şəraitdə ayrıldığı, həmçinin İran mediasının nə üçün son altı ayı onların “əsirlik” dövrü kimi təqdim etdiyi məlum deyil.

Bu məsələ Tehranın Qətərdə iki “Su-24” qırıcısının vurulmasından sonra Qətər qüvvələri tərəfindən əsir götürüldüyünü iddia etdiyi üç iranlı pilotun işi ilə əlaqəli deyil. Qətər həmin şəxslərin saxlanıldığını rədd edib və onların taleyindən xəbərsiz olduğunu bildirib.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar