SON XƏBƏRLƏR

Taliban ABŞ-a barış əlini uzatdı

2026.08.29, 20:34
Taliban ABŞ-a barış əlini uzatdı

Talibanın ABŞ-a dönüşü: Kabil münasibətlərin normallaşmasını istəyir 

Gunaz.tv

Əfqanıstandakı Taliban hakimiyyəti ABŞ-la diplomatik münasibətləri normallaşdırmaq istəyini bir daha vurğulayıb və Vaşinqtondan “müharibəpərəst siyasətini” dəyişməsini istəyib.

Taliban həmçinin ABŞ-ın Kabildəki səfirliyinin yenidən açılmasını tələb edib və vurğulayıb ki, ABŞ tərəfindən dondurulmuş milyardlarla dollar məbləğində Əfqanıstan aktivlərinin azad edilməsi iki ölkə arasında münasibətlərin yaxşılaşmasına ciddi töhfə verə bilər.

ABŞ Talibanın Əfqanıstanda hakimiyyətə qayıtmasından beş il keçməsinə baxmayaraq, hələ də bu qrupun hökumətini rəsmən tanımaqdan imtina edir.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar