SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində sel və subasma xəbərdarlığı

2026.08.30, 14:12
Güney Azərbaycan şəhərlərində sel və subasma xəbərdarlığı

Gunaz.tv

GünAz TV xəbər verir ki, İranın Böhranların İdarə Edilməsi Təşkilatı bazar və bazar ertəsi günləri Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil ostanlarında sel və subasma ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Xəbərdarlığa əsasən, bu ostanların müxtəlif bölgələrində güclü yağıntı və küçə və ərazilərdə subasma ehtimalı var. Zəncan ostanının şimal yüksəklikləri də sel təhlükəsi ilə üz-üzədir.

Böhranların idarə edilməsi üzrə rəsmilər vətəndaşlardan yağıntılar zamanı çay yataqları, sel dərələri və subasma riski olan ərazilərdən uzaq durmağı xahiş ediblər.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar