SON XƏBƏRLƏR

İranda qızıl idxalaı kəskin azalıb

2026.08.31, 12:00
İranda qızıl idxalaı kəskin azalıb

Gömrük statistikası göstərir ki, bu ilin ilk beş ayında qızıl idxalında ötən ilin eyni dövrü ilə müqayisədə 92 faizdən çox azalma müşahidə olunur.

Gunaz.tv

Bu ilin ilk beş ayında İran 97 milyon dollar dəyərində cəmi bir ton qızıl idxal edib; ötən ilin eyni dövründə isə bu rəqəm 13 ton, yəni 1,256 milyard dollar olub.

"Təsnim" xəbər agentliyinin yzdığına görə, qızıl idxalının azalmasının əsas səbəblərindən biri ölkənin valyuta siyasətindəki dəyişikliyi və ixrac valyuta öhdəliklərini aradan qaldırmaq əvəzinə daha çox zəruri malların idxalına diqqət yetirməsidir.

Son illərdə İslam Respublikasının gömrüyü ixracatçıları ixrac olunan malların valyutasını qaytarmağa təşviq etmək üçün qızıl, gümüş və platin idxalını gömrük rüsumlarından və vergilərindən azad edib. Bu, tacirlərin ölkəyə valyuta əvəzinə qiymətli metallar idxal etməsi məqsədilə atılsa da nəticə verməyib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar