SON XƏBƏRLƏR

“Məkkə sazişi”nin müdafiə komitəsinin ilk iclası İstanbulda keçirilib

2026.08.31, 19:36
“Məkkə sazişi”nin müdafiə komitəsinin ilk iclası İstanbulda keçirilib

Gunaz.tv

GünAz TV xəbər verir ki, “Birgə müdafiə üzrə Məkkə sazişi” çərçivəsində yaradılan siyasi-strateji müdafiə komitəsinin ilk iclası bazar ertəsi İstanbulda keçirilib.

İclasda Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri beynəlxalq təhlükəsizlik, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi və terrorizmlə mübarizə səylərinin gücləndirilməsini müzakirə ediblər.

Səudiyyə Ərəbistanının nümayəndə heyətinə müdafiə naziri Xalid bin Salman, xarici işlər naziri Faysal bin Fərhan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Fəyyaz ər-Ruveyli daxil olub. Türkiyə və Pakistanın müdafiə və xarici işlər nazirləri, eləcə də ordu komandanları da iclasda iştirak ediblər.

Türkiyənin ev sahibliyi etdiyi bu iclas “Birgə müdafiə üzrə Məkkə sazişi”nin yaradılmasından bir aydan az müddət sonra keçirilib.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar