SON XƏBƏRLƏR

İsrail Yunanıstana çoxqatlı hava müdafiəsi qurur

2026.09.01, 21:25
İsrail Yunanıstana çoxqatlı hava müdafiəsi qurur

İsrail bazar ertəsi Yunanıstanla 3 milyard avro dəyərində silah müqaviləsi imzalayıb. Bu, İsrailin ən böyük hərbi müqavilələrindən biri hesab olunur. Bu razılaşma İsrail və Yunanıstanın Türkiyəyə hərbi mesajıdırmı?

Gunaz.tv

Agence France-Presse-in məlumatına görə, müqavilə Yunanıstanda çoxqatlı hava hücumundan müdafiə sistemi yaradılmasını nəzərdə tutan “Axilles qalxanı” layihəsinin bir hissəsidir. Müqaviləyə İsrail istehsalı olan raket, təyyarə və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri daxildir.

İsrailin Baş naziri Binyamin Netanyahu bu razılaşmanı İsrail, Yunanıstan və Kipr arasında Şərqi Aralıq dənizində formalaşmış ittifaqın davamı adlandırıb.

Yunanıstanın müdafiə naziri Nikos Dendias isə texnoloji inkişafların mövcud müdafiə doktrinalarını “tamamilə köhnəlmiş” vəziyyətə gətirdiyini bildirib.

Razılaşma İsrail və Yunanıstanın hər ikisinin Türkiyə ilə gərgin münasibətlərinin olduğu və son illərdə müdafiə və strateji əməkdaşlıqlarını genişləndirdiyi bir vaxtda imzalanıb.

Eyni zamanda, iki ölkə pilotsuz uçuş aparatlarına qarşı sistemlərin tədarükü üçün 26 milyon avro dəyərində əlavə müqavilə də imzalayıb. Müqavilələr çərçivəsində avadanlıqlar İsrailin hərbi sənaye şirkətləri tərəfindən istehsal ediləcək.


GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar