SON XƏBƏRLƏR

ABŞ-ın zərbəsi nəticəsində İnqilab Keşikçilərinin aerokosmik qüvvələrinin 4 əməkdaşı öldürülüb

2026.09.02, 11:28
ABŞ-ın zərbəsi nəticəsində İnqilab Keşikçilərinin aerokosmik qüvvələrinin 4 əməkdaşı öldürülüb

ABŞ-ın Kirmanşah əyalətinə endirdiyi zərbə nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin dörd üzvü ölüb.

Gunaz.tv

Bu barədə SEPAH-ın əyalət üzrə ictimaiyyətlə əlaqələr ofisi məlumat yayıb.

Açıqlamada ölənlərin Rza Məhəmmədi, Şəhram Cəfəri, Əlirza Şakibə və Cəfər Kəhrizi olduğu bildirilib.

Lavan adasına endirilən zərbələr nəticəsində isə 3 Bəsic üzvünün öldüyü bildirilib.

Deyr rayonundakı SEPAH-ın Seyed əl-Şühəda bölməsinin komandir müavini Əbdülkərim Puladifər ölənlərin Mehdi Bahrani, Hüseyn Salehnejad və Həsan Momeni olduğunu bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar