SON XƏBƏRLƏR

Reuters: ABŞ ara seçkilərindən sonra İrana qarşı hücumları gücləndirə bilər

2026.09.02, 15:29
Reuters: ABŞ ara seçkilərindən sonra İrana qarşı hücumları gücləndirə bilər

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri noyabrın 3-də keçiriləcək ara seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi məsələsini müzakirə edəcəklər.

Gunaz.tv

Bu barədə "Reuters" daxili müzakirələrdən xəbərdar olan dörd mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ-ın İrana qarşı genişmiqyaslı müharibəyə qayıtması ilə bağlı hələlik qərar verilməyib. Bununla belə, ABŞ prezidenti Donald Trampın yaxın müşavirləri münaqişənin ara seçkilərə qədər mümkün qədər məhdud saxlanılmasını istəyirlər. Buna səbəb respublikaçıların Konqresdəki cüzi üstünlüyünü qorumaq cəhdidir.

Ağ Ev rəsmilərindən biri "Reuters"ə deyib: “İrana təzyiqi davam etdiririk. Lakin noyabr bizim üçün daha önəmlidir.”

Vitse-prezident C.D. Vens və dövlət katibi Marko Rubio da münaqişənin noyabra qədər nisbətən aşağı səviyyədə saxlanılmasını dəstəkləyən yüksək vəzifəli şəxslər arasındadır.

Mənbələrin sözlərinə görə, Vaşinqton hazırda əsas diqqəti sanksiyalar və dəniz blokadası vasitəsilə İrana qarşı iqtisadi təzyiqin artırılmasına yönəldib. Məqsəd isə aylarla davam edən hərbi əməliyyatlarla əldə olunmayan güzəştləri gələcək danışıqlarda Tehrandan almaqdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar