SON XƏBƏRLƏR

5 min ABŞ hərbçisi Pattayaya axışdı (Video)

2026.09.02, 19:36
5 min ABŞ hərbçisi Pattayaya axışdı (Video)

“Abraham Linkoln” aviadaşıyıcısının heyəti istirahət üçün Taylanda gedib.

Gunaz.tv

GunAzTV-nin məlumatına görə, ABŞ-ın “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin təxminən 5 min dənizçi və dəniz piyadası dənizdə 286 gün fasiləsiz qaldıqdan sonra beş günlük istirahət üçün Taylandın Pattaya şəhərinə gəlib.

ABŞ hərbçilərinin gəlişi yerli biznes sahibləri tərəfindən böyük maraqla qarşılanıb. Pattaya meri onların şəhərə səfərinin təxminən 100 milyon bat, yəni 3 milyon dollar gəlir gətirə biləcəyini bildirib. Yerli hakimiyyət orqanları isə təhlükəsizlik tədbirlərini gücləndirib.

Gəmi əvvəlcə Cənubi Çin dənizində missiya üçün göndərilmişdi. Lakin ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl Yaxın Şərqə yerləşdirilmişdi. Son aylarda gəminin heyəti arasında ərzaq çatışmazlığı, avadanlıqların sıradan çıxması və psixi sağlamlıq problemləri ilə bağlı məlumatlar yayılmışdı.

“Abraham Linkoln”un sentyabrın 6-dan etibarən Sakit okean üzərindən ABŞ-a doğru uzunmüddətli səfərə çıxacağı bildirilir.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar