SON XƏBƏRLƏR

İranın hava hücumlarının qarşısı alınıb - Küveyt

2026.09.03, 10:36
İranın hava hücumlarının qarşısı alınıb - Küveyt

Küveytin Hava Hücumundan Müdafiə Qüvvələri İranın raket və PUA hücumlarının yeni dalğasına qarşısını alıb.

Gunaz.tv

Bu barədə Küveyt ordusunun bəyanatında bildirilib.

Küveyt ordusu, Tehran və Vaşinqton arasında son qarşıdurma mərhələsində ölkənin hava hücumlarından müdafiə qüvvələrinin bu gün səhər saatlarında İranın raket və pilotsuz təyyarə hücumlarını zərərsizləşdirdiyini deyib.

"Reuters" və "Associated Press" də İranın Küveytə və ABŞ-ın bölgədəki digər müttəfiqlərinə qarşı yeni hücumlarını təsdiqləyiblər.

İran mediası Küveytdəki ABŞ bazalarının hücumların hədəfləri arasında olduğunu bildirib. Hücumlar ABŞ ordusunun İrandakı hərbi mövqelərə yeni hücumlarından sonra baş verib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar