SON XƏBƏRLƏR

Avstraliya: İranın Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırması qəbuledilməzdir

2026.09.03, 11:33
Avstraliya: İranın Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırması qəbuledilməzdir

Avstraliya Hörmüz boğazının açıq qalmasını istəyir və İranın bu su yolundan keçən gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərini qəbuledilməz hesab edir.

Gunaz.tv

Bunu ölkənin baş nazirinin müavini və müdafiə naziri Riçard Marls bildirib.

Marls ABC News Breakfast proqramına müsahibəsində deyib: “Yaxın Şərqdə baş verən gərginliyin azaldılmasını istəyirik. Hörmüz boğazının açıq qalmasına və qlobal yanacaq təchizatı zəncirlərinin normal fəaliyyətinə qayıtmasına ehtiyac var”.

O bildirib ki, İran “Hörmüz boğazından keçən gəmiçiliyi məhdudlaşdırmağa çalışır. Bu isə qəbuledilməzdir”.

Nazirin sözlərinə görə, İranın addımları “mahiyyət etibarilə BMT-nin Dəniz Hüququ Konvensiyasına və naviqasiya azadlığı prinsipinə ziddir”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar