SON XƏBƏRLƏR

Kreml ABŞ-ın Rusiya-İran əlaqələri ilə bağlı xəbərdarlığını rədd edib

2026.09.04, 11:24
Kreml ABŞ-ın Rusiya-İran əlaqələri ilə bağlı xəbərdarlığını rədd edib

Rusiya İranla tərəfdaşlığını davam etdirəcək.

Gunaz.tv

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, ABŞ maliyyə naziri Scott Bessentin Tehranı dəstəkləyən ölkələrə İrandan “uzaq durmaq” çağırışını rədd edib.

Peskov “Vesti” televiziya proqramına müsahibəsində deyib: “ABŞ-ın hər hansı bir ölkə ilə münasibətlər üzərində inhisar qurması nə mümkün, nə də məqsədəuyğundur”.

“Bizim öz tərəfdaşlarımız və dostlarımız var. Bu dostluq və tərəfdaşlıq münasibətlərini qoruyacaq və daha da inkişaf etdirəcəyik”, — deyə Peskov əlavə edib.

Xatırladaq ki, Bessent çərşənbə günü "Fox Business" telekanalına bildirib ki, Tramp administrasiyası İranı iqtisadi cəhətdən “boğmaq” üçün tədbirlər görür və Tehrana dəstək verməyə davam edən ölkələrə bundan “uzaq durmaq” xəbərdarlığı edib.

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı İran prezidenti Məsud Pezeşkianla görüşündə Moskvanın ABŞ-la müharibə şəraitində olan İrana avadanlıq və digər yardımlar göstərdiyini bildirib.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar