SON XƏBƏRLƏR

Hakabi: İran nüvə proqramı ilə bağlı geri addım atmasa, yeni zərbə ilə üzləşə bilər

2026.09.04, 11:32
Hakabi: İran nüvə proqramı ilə bağlı geri addım atmasa, yeni zərbə ilə üzləşə bilər

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İranın nüvə proqramı ilə bağlı ABŞ-ın tələblərinə əməl etməyəcəyi təqdirdə yeni hərbi zərbə ilə üzləşə biləcəyini bildirib.

Gunaz.tv

O, bu barədə “The Jerusalem Post”a müsahibəsində danışıb.

Hakabi İranın artıq “iki zərbə” ilə üzləşdiyini, lakin hələ də mesajı anlamadığını deyib.

“İran nüvə silahına sahib olmayacaq, uranı zənginləşdirə bilməyəcək və nə vaxtsa ‘üçüncü zərbə’ lazım gələ bilər. Ümid edirəm ki, onlar mesajı anlayacaq və davranışlarını dəyişəcəklər”, — deyə səfir bildirib.

Hakabi ABŞ prezidenti Donald Trampın İranın geri addım atmamasından “narazı olduğunu” bildirib. Bununla yanaşı, o, ABŞ və İran arasında gərginliyin yenidən artdığı indiki şəraitdə “nə baş verəcəyini heç kimin bilmədiyini” vurğulayıb.

Səfir həmçinin fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə həyata keçirdiyi hücumu iki ölkənin hərbi əməkdaşlığının gücünü nümayiş etdirən hadisə kimi qiymətləndirib və ABŞ ilə İsrail orduları arasındakı koordinasiyanı “misilsiz” adlandırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar