SON XƏBƏRLƏR

SON DƏQİQƏ: SEPAH zabitləri mühasirədədir

2026.09.05, 13:57
SON DƏQİQƏ: SEPAH zabitləri mühasirədədir

Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb.

Gunaz.tv

GünazTV Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

“Bir neçə gün ərzində Hizbullah onlara dronlar vasitəsilə su və ərzaq çatdırmağa çalışıb. Lakin hər dəfə onlardan kimsə gətirilən yardımı götürmək üçün tuneldən çıxanda İsrail hərbçiləri onu məhv edir. İran və Hizbullah üçün əsas prioritet silahları oradan çıxarmaq və döyüşçüləri xilas etmək olub. Lakin görünür, bunun baş tutma ehtimalı getdikcə azalır”, - mənbə bildirib.

Qeyd edək ki, İsrail ordusu Livanın cənubundakı strateji əhəmiyyətli Əli ət-Tahir silsiləsi yaxınlığında Hizbullahın yeraltı infrastrukturunu təmizləməyi başa çatdırdığı və onu məhv etməyə başladığı haqda məlumat yaymışdı.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar