SON XƏBƏRLƏR

Putin Kiyevə hücumları 3 gün dayandırıb

2026.09.05, 21:35
Putin Kiyevə hücumları 3 gün dayandırıb

Gunaz.tv

Vladimir Putin ABŞ nümayəndələrinin Ukraynaya səfəri ilə eyni vaxtda Kiyevə hücumların üç gün dayandırılması barədə göstəriş verib.

GunAzTV-nin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Putinin şənbə günü gecə yarısından etibarən Kiyevə hücumların üç gün müddətinə dayandırılması barədə göstəriş verdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərar ABŞ-ın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Kiyevə gözlənilən səfəri ilə bağlıdır.

Vitkoff və Kuşner şənbə günü Ukraynadakı müharibə ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya gəliblər və Rusiya rəsmiləri ilə görüşdən sonra Kiyevə səfər etmələri gözlənilir.

Ukrayna Prezidenti Volodimir Zelenski də bu iki ABŞ nümayəndəsi ilə danışdığını və onların Kiyevdə görüşməsinə hazır olduğunu bildirib.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar