SON XƏBƏRLƏR

Türkiyədə Airbus təyyarəsi yanıb (Video)

2026.09.06, 09:01
Türkiyədə Airbus təyyarəsi yanıb (Video)

Gunaz.tv

Türkiyənin Kocaeli vilayətində yerləşən “Uçak Park” Aviasiya Elm Mərkəzində baş verən güclü yanğın nəticəsində bir Airbus təyyarəsi tamamilə yanıb.

GunAzTV-nin məlumatına görə, yanğın 5 sentyabr 2026-cı ildə yerli vaxtla saat 15:00 radələrində “Uçak Park”ın ərazisində baş verib və yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən qüvvələr cəlb olunub.

Yanğın təyyarənin quyruq hissəsindən başlayıb və qısa müddətdə gövdənin böyük hissəsinə yayılıb. Söndürmə əməliyyatı zamanı təyyarənin quyruq hissəsi qoparaq yanğınsöndürmə maşınlarından birinin üzərinə düşüb.

Hadisə zamanı heç bir ölən və yaralananın olmadığı bildirilir. Ziyarətçilər və əməkdaşlar vaxtında təxliyə edilib.

Yanğının ilkin ehtimala görə elektrik nasazlığı nəticəsində baş verdiyi bildirilir. Hadisə ilə bağlı araşdırma davam edir.

 

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar