SON XƏBƏRLƏR

BƏƏ-nin enerji ixracı Hörmüzdə girov saxlanılmayacaq — Prezidentin müşaviri

2026.09.07, 12:13
BƏƏ-nin enerji ixracı Hörmüzdə girov saxlanılmayacaq — Prezidentin müşaviri

Birləşmiş Ərəb Əmirlikləri enerji ixracının Hörmüz boğazında girov saxlanılmasına imkan verməyəcək.

Gunaz.tv

Bunu BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş bazar ertəsi Əbu-Dabidə keçirilən Hili Forumunda bildirib.

Qarqaş deyib ki, boğaz beynəlxalq su yolu kimi qəbul edilməli və heç bir ölkənin nəzarətində olmamalıdır. Onun sözlərinə görə, gəmiçiliyin azadlığı təzyiq altında müzakirə mövzusuna çevrilə bilməz.

O bildirib ki, strateji su yolundan keçən neft tankerləri və digər gəmilərin davamlı təhdidlərlə üzləşməsi qəbuledilməzdir. Qarqaş əlavə edib ki, İranla etimadın bərpası onilliklər çəkə bilər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar