SON XƏBƏRLƏR

Rusiya Almaniyanın Sankt-Peterburqdakı konsulluğunu və Höte İnstitutunu bağladı

2026.09.07, 17:36
Rusiya Almaniyanın Sankt-Peterburqdakı konsulluğunu və Höte İnstitutunu bağladı

Gunaz.tv

Moskva Berlinin addımlarına cavab olaraq Almaniyanın Sankt-Peterburqdakı konsulluğunun fəaliyyətini dayandırıb və Rusiyada Höte İnstitutunun fəaliyyətinə xitam verib.

Gunaz TV xəbər verir ki, Rusiya hökuməti sentyabrın 7-də Almaniyanın Sankt-Peterburqdakı konsulluğunun fəaliyyət icazəsinin ləğv edildiyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi konsulluğun sentyabrın 18-dək fəaliyyətini dayandırmalı olduğunu, alman diplomatlarının isə sentyabrın 18-dək Rusiya ərazisini tərk etməli olduğunu bildirib.

Moskva həmçinin Höte İnstitutunun əməkdaşlarının həftənin sonunadək Rusiyanı tərk etməli olduğunu açıqlayıb. Bu qərar Almaniyanın Rusiyanın Bonn şəhərindəki konsulluğunun və Berlindəki Rusiya mədəniyyət mərkəzinin bağlanması barədə qərarına cavab olaraq qəbul edilib.

Almaniya ötən həftə Rusiyanı Leypsiq hava limanına pilotsuz uçuş aparatı ilə hücum planlaşdırmaqda ittiham edib. Moskva bu ittihamları rədd edib. Avropa İttifaqı isə hadisəni “dövlət terrorizminin bütün əlamətlərini daşıyan” insident kimi qiymətləndirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Berlinin addımlarını “müharibəpərəstlik” adlandırıb. Almaniya Ukraynanın Rusiyaya qarşı müharibəsində əsas müttəfiqlərindən biri hesab olunur.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar