SON XƏBƏRLƏR

ABŞ Konqresinin nümayəndəsi: Husilər dağılmaq üzrədir

2026.09.07, 18:32
ABŞ Konqresinin nümayəndəsi: Husilər dağılmaq üzrədir

Gunaz.tv

ABŞ Konqresinin nümayəndəsi Co Vilson Yəməndəki son hadisələrə toxunaraq deyib: “Husilərin ölüm və dağıntı imperiyası Yəmən xalqının əli ilə dağılmaq üzrədir. Yaşasın azad Yəmən!”

Bu açıqlama Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmaların son həftələrdə şiddətləndiyi və bu qrupa qarşı hərbi təzyiqin artdığı bir vaxtda səslənib.

Eyni zamanda, husilərin nəzarətində olan bəzi ərazilərdə qəbilələr arasında qarşıdurma və narazılıqların da baş verdiyi bildirilir. Bu vəziyyətin qrup daxilindəki təzyiqləri daha da artıra biləcəyi qeyd olunur.

 

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar