SON XƏBƏRLƏR

Fortune: Hətta Müctəba Xamenei də iqtisadi böhrandan dəhşətə gəlib

2026.09.07, 23:28
Fortune: Hətta Müctəba Xamenei də iqtisadi böhrandan dəhşətə gəlib

İranın iqtisadi böhranı o həddə çatıb ki, hətta rejimin rəhbəri də bunun sosial nəticələri barədə xəbərdarlıq edir.

Gunaz.tv

ABŞ-ın “Fortune” jurnalı yazıb ki, İranda iqtisadi təzyiqlər kəskin şəkildə artıb və hətta İranın rəhbəri Müctəba Xamenei də artıq bu böhranın nəticələrini görməzdən gələ bilmir.

Məlumata görə, Müctəba Xamenei fevralın 28-də ABŞ və İsrailin keçirdiyi və onun atası Əli Xameneinin öldürüldüyü hücumdan sonra ictimaiyyət qarşısında görünməyib.

“Fortune” Reuters-ə istinadən yazıb ki, Müctəba Xamenei ötən ayın sonunda yayımlanan bəyanatında İran rəsmilərinə “sosial birliyə zərər vuran hər hansı addımdan” çəkinməyi və “milli və ictimai ruh yüksəkliyini zəiflədən ruhdan salıcı bəyanatlar” verməməyi tapşırıb.

O, həmçinin hökuməti iqtisadi və məişət problemlərinin həlli istiqamətində ciddi addımlar atmağa çağırıb və xüsusilə inflyasiya, işsizlik, qiymətlərin tənzimlənməsi, eləcə də mal və xidmətlər bazarındakı vəziyyətə diqqət çəkib.

Bu açıqlama İranın milli valyutanın kəskin ucuzlaşması, yüksək inflyasiya, ağır məişət problemləri və yanacaq çatışmazlığı ilə üzləşdiyi bir vaxtda verilib. Artan iqtisadi təzyiqlər İranda bəzi bölgələrdə etirazların yenidən başlamasına da səbəb olub.

“Fortune” xatırladıb ki, ötən il rialın dəyərinin kəskin düşməsi və yüksək inflyasiya İranda genişmiqyaslı etirazlara səbəb olmuşdu. İran rejimi isə etirazları yatırmaq üçün nümayişçilərə qarşı qanlı repressiyalara əl atmışdı.

“Fortune” ABŞ-ın iqtisadiyyat, biznes, maliyyə bazarları və iqtisadi siyasət sahələrində tanınmış nəşrlərindən biridir. Bu məqalənin müəllifi “Fortune”un həftəsonu bölməsinin redaktoru Ceyson Ma-dır.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar