SON XƏBƏRLƏR

İranda məhbuslar yenidən aclq aksiyasına başlayıblar

2026.09.08, 10:49
İranda məhbuslar yenidən aclq aksiyasına başlayıblar

Bu gün səhər saatlarından başlayaraq İranın 62 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 137-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, insan haqları təşkilatlarının hesabatlarına görə, cari ildə İranda 1000-ə yaxın məhbus edam edilib, onlardan 400-dən çoxunun kimliyi müəyyənləşdirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar